Milli Olimpiya Komitəsində fiziki tərbiyə müəllimləri üçün beynəlxalq təlim keçirilib
13 mart 2020 640
“İdman administratorluğu kursu” nu Azərbaycanda Beynəlxalq sertfikata malik təlimçilər keçib.
Müəllimlərin və idman mütəxəssislərinin inzibatçılıq üzrə bilik və bacarıqlarını artırmaq məqsədi ilə təşkil olunan təlimlər, Milli Olimpiya Komitəsinin təşkilatçılığı və Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun dəstəyi ilə baş tutub.
Təlimi Bakı şəhər məktəblərinin fiziki tərbiyə müəllimlərinə Azərbaycanda Beynəlxalq Olimpiya Komitəsinin İdman İnzibatçılığı üzrə sertifikatına malik 4 məruzəçi MOK-un Marketinq idarəsinin rəhbəri Mehman Kərimov, MOK-un Beynəlxalq Əlaqələr idarəsinin rəhbəri Anar Bağırov, MOK-un Beynəlxalq Proqramlar Komissiyasının katibi Ceyhun Rəhmanov və Azərbaycan Atletika Federasiyasının Baş katibinin müavini Kənan Məhərrəmov keçirib.
Azərbaycan Voleybol Federasiyasının idman şöbəsinin rəhbəri Elnur Məmmədov isə qonaq məruzəçi qismində iştirak edib.
Təlimdə Olimpiya tarixi, kommunikasiya, Olimpiya Oyunlarının təşkil olunması, Olimpiya marketinqi və digər mövzularda təqdimatlar edilib, iştirakçılar ilə bu mövzularda fikir mübadiləsi aparılıb.
“İdman administratorluğu kursu”-nu bitirənlərə Beynəlxalq Olimpiya Komitəsinin sertifikatları təqdim olunur.
Bənzər xəbərlər
Avropa çempionatı: Bu gün daha üç cüdoçumuz mübarizəyə başlayır
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə böyüklər arasında ... Ətraflı
Taekvondoçularımız Prezident kubokunda mübarizə aparacaq
Aprelin 26-da Estoniyanın paytaxtı Tallinndə taekvondo üzrə Prezident kubokuna start ... Ətraflı