Xəbərlər

Milli Olimpiya Komitəsi və Azərbaycan Güləş Federasiyası Yaponiyanın Şika şəhəri arasında əməkdaşlığa imza atdı.

21 dekabr 2018 833

Bu gün İşikava perefekturasının Şika şəhərinin meri Masaru Koizumi başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdədir. Səfər çərçivəsində Tokio 2020 Olimpiya və Paralimpiya Oyunlarına Hazırlıq Düşərgəsi ilə əlaqədar qurumlar arasında Anlaşma Memorandumu imzalandı.

Tədbirdə Şika şəhərinin meri Masaru Koizumi, Şika şəhərinin assableyasının sədri Minami Masao, Şika şəhərinin Uzunmüddətli Təhsil-Tədris Diviziyasının konsulu Oie Hideaki, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman nazirinin müavinləri İsmayıl İsmayılov və Fərhad Hacıyev, Azərbaycan Güləş federasiyasının vitse-prezidenti Namiq Əliyev, Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Azərbaycan Cüdo Federasiyasnın baş katibi Elmar Babanlı və digər rəsmilər iştirak edib.

Görüş üçün təşəkkürünü bildirən meri Masaru Koizumi Azərbaycanda səfərinin çox maraqlı və səmərəli keçdiyini qeyd etdi. O qarşıdan gələn Tokio 2020 Olimpiya Oyunlarına hazırlıq mərhələsinin davam etdiyini qeyd etdi. Gələcək yarışların təşviqi və ölkələr arasında idman əlaqələrinin genişləndirməsi üçün müxtəlif layihələrin keçiriləcəyini qeyd etdi.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə 2020-ci il keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının uğurla keçəcəyini qeyd etdi: “ Milli Olimpiya Komitəsi Tokio 2020 Olimpiya Oyunlarına hazırlaşır və idmançılarımızın da Rio 2016 Olimpiya Oyunları kimi bu oyunlarda yüksək nəticələr əldə edəcəklər. Belə əməkdaşlığın qurulması və layihələrin təşkili isə öz növbəsində qurumların inkişafında böyük təsir edəcək.”

Sonra Şika şəhərinin promo çarxı təqdim olundu. Burada şəhərin mədəniyyəti, turizm, təhlükəsizlik və digər mövzular təqdim olundu. Burada əsas idman növlərinə maraq, idman qurğularının inkişafı və vəziyyəti, xüsusilə güləş, karate və cüdo idman növünə maraqdan danışıldı.

Anlaşma memorandumunun imzalanmasının səmərəliliyindən söz açan Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev qeyd etdi: “Biz bu oyunlara həvəslə hazırlaşırıq. Düşünürük ki, Tokio Olimpiadasında nəticələrimiz yüksək olacaq. Həmçinin, Yaponiyada təlim-məşq toplantılarında iştirak etmək hər iki ölkə arasında fikir mübadiləsi aparmaq məncə uğurlu ideyadır.”

Hər bir idman federasiyalarının rəyləri və təklifləri dinlənildi, ikitərəfli fəaliyyət və təlim məşq toplantılarının keçirilməsinə dair fikir mübadiləsi aparıldı.

Sonra Milli Olimpiya Komitəsi və Şika şəhəri arasında, həmçinin Azərbaycan Güləş Federasiyası və Şika şəhəri arasında anlaşma memodandumu imzalandı. Memorandum əsasında MOK Tokio 2020 Olimpiya Oyunları Güləş yarışmasında ilkin məşq düşərgəsinə namizəd olaraq Yaponiyanın Işikava əyalətinin Şika şəhərinə yüksək prioritet verilməsi, birgə layihələr həyata keçirməsi və digər məsələlər daxildir.

Həmçinin, Azərbaycan Güləş Federasiyası və Şika şəhəri arasında anlaşma memodandumuna əsasən təlim məşq toplantıları, fikir mübadiləsi, müxtəlif yarışlar və seminarların keçirilməsi daxildir.