Milli Olimpiya Komitəsi “OLİMPİYA GÜNÜ” tədbirlərini davam etdirir
10 iyun 2020 667
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, həmçinin rio-2016 Olimpiya mükafatçısı Rüstəm Orucovun iştirakı ilə Beynəlxalq Olimpiya Günü qeyd olunub. Basketbol və velosiped federasiyalarının idmançıları, Azərbaycan Çerlidinq Federasiyasının Milli yığma komandasıının üzvlərı və futbol fristayleri Nicat Səfərovun qatıldığı tədbirdə insanalrın eyvalanlardan izləməsi üçün maraqlı idman hərəkətləri nümayiş olunub. Tədbirin əsas məqsədi karantin rejimində yaşayış yerindən ayrılmadan əhali, xüsusilə uşaq və gənclər arasında Olimpiya hərəkatını təbliğ və təşviq etmək olub. Karantin rejiminin bütün qaydalarına riayət olunan tədbir Nəsimi rayonunda binaların əhatəsində yerləşən nümunəvi bir həyətdə baş tutub.
Bina sakinləri əhəmiyyətli tarixi birgə qeyd etmək üçün eyvanlardan öz dəstəklərini əsirgəməyiblər.
QEYD: Tədbiri izləmək yalnız eyvanlardan mümkün olub.
Bənzər xəbərlər
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı
Türkiyənin Muğla şəhərində avarçəkmə üzrə “Bahar Kuboku” adı altında açıq ... Ətraflı
Stolüstü tennisçimiz Belçikada medal qazanıb
Stolüstü tennisçimiz Onur Quluzadə Belçikanın Spa şəhərində təşkil olunan “WTT ... Ətraflı