Milli Olimpiya Komitəsi idman könüllülərini mükafatlandırıb
22 may 2023 1568
Mükafatlandırma mərasimində Milli Olimpiya Komitəsinin idman idarəsinin müdiri Həsənağa Rzayev, xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov, marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva, Yunan-Roma güləşi üzrə 2004 Afina Yay Olimpiya Oyunlarının qızıl medalçısı Fərid Mansurov və “Azərbaycan İdman Könüllüləri” ictimai birliyinin idarə heyətinin sədri Miraqil Seyidzadə iştirak ediblər.
Mükfatalandırma zamanı Həsənağa Rzayev idman könüllülərinin göstərdikləri fəaliyyətlərinə və dəstəklərinə görə onlara təşəkkürünü bildirib və gələcək həyatlarında və karyeralarında uğurlar arzulayıb. Olimpiya Çempionu Fərid Mansurov da çıxış edərək bildirib ki, ölkəmizdə könüllülük fəaliyyəti formalaşır və sürətli şəkildə inkişaf edir. O, könüllülük fəaliyyətinin gəncləri faydalı əməyə, insansevərliyə təşviq etdiyini bildirib.
Sonda bütün könüllülərə hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)