Milli Olimpiya Komitəsi CBC Sport telekanalı ilə birgə yeni layihəyə start verdi
03 may 2020 786
Milli Olimpiya Komitəsi və CBC Sport telekanalı ölkənin teleməkanında yeni layihəyə – “Olimpiya günləri” verilişinə start verdi. Tamaşaçılara tam fərqli formatda təqdim olunan proqramda Azərbaycanın Olimpiya oyunlarında iştirakının tarixi, milli olimpiyaçılarımızın qələbəyə aparan yolu, tanınmış idmançılar, eləcə də MOK və federasiya rəhbərləri, habelə Beynəlxalq Olimpiya hərəkatının görkəmli nümayəndələri, həmçinin idmanla məşğul və ya bağlılığı olan tanınmış simalarla maraqlı söhbətlərin planlaşdırıldığı proqramın tək idman ictimaiyyəti üçün deyil, bütün televiziya tamaçaçıları üçün cəlbedici olması nəzərdə tutulub. Proqramda Olimpiya idman növləti ilə bağlı yeniliklər və maraqlı hadisələr haqqında məlumat verləcək, milli atletlərimizin gündəlik həyatı, məşqləri, maraq dairələri ilə bağlı mövzulara toxunulacaq. MOK mətbuat xidmətindən verilən məlumata görə, tamaşaçılar üçün hədiyyəli viktorinaların təşkil olunacağı proqram həftənin şənbə günləri saat 12:00-da yayımlanacaq.
Bənzər xəbərlər
Azərbaycanın 6 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
Bakıda təşkil edilən kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” ... Ətraflı
Azərbaycanın qadın boksçuları beynəlxalq turniri 9 medalla başa vurublar
Bakıda təşkil olunan boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirində ... Ətraflı