Məşqçilərimiz Litvada basketbol inkişaf seminarında
19 yanvar 2023 1471
Azərbaycan Basketbol Federasiyasın dəstəyi ilə 15 yanvar tarixində yerli məşqçilərimiz Litvaya yollandılar. Seminarın iştirakçıları, U-18 oğlan yığma komandamız və "NTD" klubunun baş və köməkçi məşqçiləri Tahir Baxşıyev və Polad Həsənov, U-20 oğlan yığma komandamız və "Sərhədçi" klubun baş məşqçisi Anar Sarıyev səfərin ilk günündə Vilnüs şəhərində yerləşən "NBA" basketbol məktəbində olublar. Onlar həmin məktəbdə litvalı mütəxəssislər tərəfindən keçirilmiş seminarda iştirak edərək daha sonra Azərbaycan basketbolunun gələcək ümidi sayılan Hüseyn Qaflanovun təlim-məşq prosesini izləyiblər. Növbəti gün Kaunas şəhərinə yollanan məşqçilərimiz, məhşur "Jalqris" klubun hər yaş qruplarının təlim-məşq prosesini izləyərək, Vilnüs şəhərində olduğu kimi peşəkar mütəxəssislərin məşqçilik seminarlarında iştirak ediblər. Qeyd edək ki, məşqçilərimizin Litvada keçirilən seminarları 21 yanvar tarixinə qədər davam edəcək
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı
.jpeg)
