“McLaren” 5 milyard dollar ilə Formula 1-in ən dəyərli komandası olub
03 sentyabr 2025 - 16:19 475
Formula 1-də yüksək nəticələr göstərən “McLaren” komandasının bazar dəyəri 5 milyard dolları keçib.
Xarici mətbuata istinadən, İngiltərə təmsilçisi bu göstərici ilə Formula 1-in ən dəyərli komandası olub.Komandanın dəyəri səhmlərin satışı əsasında aparılan qiymətləndirmə ilə müəyyənləşdirilib.
Qeyd edək ki, 2022-ci ildə bir investisiya şirkəti “McLaren”in 30 faizini alarkən, komandanın ümumi dəyəri cəmi 740 milyon dollar olub. Beləliklə, şirkət 3 il ərzində təxminən 7 qat qazanc əldə edərək payını satıb.
Xatırladaq ki, “McLaren” ötən mövsüm 1998-ci ildən sonra ilk dəfə komanda şəklində dünya çempionu olub.
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında Müstəqilliyin Bərpası ... Ətraflı