Marketinq idarəsinin rəisi Mehman Kərimov “İdman biznesi və marketinq” mövzusunda regional seminarda iştirak etmişdir
12 yanvar 2020 2685
8 – 11 yanvar 2020-ci il tarixlərində Tehran şəhərində İran İslam Respublikasının Milli Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi ilə regional “İdman biznesi və marketinq” mövzusunda regional seminar təşkil etmişdir. Seminarda Azərbaycan Respublikası Milli Olimpiya Komitəsindən marketinq idarəsinin rəisi Mehman Kərimov iştirak etmişdir.
Mehman Kərimov Azərbaycan MOK-un 2016-cı ildən həyata keçirdiyi sosial media marketinq (SMM) fəaliyyətini uğurlu biznes modeli kimi seminarda təqdim etmişdir. Təqdimat seminar iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanmış və Azərbaycan MOK-un müvafiq sahədə təcrübəsinə dair maraqlı müzakirələrlə davam etmişdir.
Seminarda iştirakı ilə yanaşı Mehman Kərimov İran İslam Respublikasının Milli Olimpiya Komitəsinin Baş Katibi Keykavous Saeidi ilə görüşüb müvafiq sahələrdə komitələr arası əməkdaşlıq imkanlarını müzakirə etmişdir.


Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı

