Mariya Stadnik iki yığmaya böyük məşqçi təyin edilib
23 fevral 2026 - 17:22 367
Qadın güləşində milli komandaların tərkibi yenidən formalaşıb.
Güləş Federasiyasından bildirilib ki, Mariya Stadnik U-17 və U-15 yaş qrupu üzrə milli komandanın böyük məşqçisi vəzifəsinə təyin edilib. Məşqçilər heyətində Rövşən Umudov və Solmaz Adilova da yer alıb.
Qeyd edək ki, Toğrul Əsgərov əvvəlki kimi, böyüklər və U-23 yığmasında, o cümlədən U-20 yaş qrupu üzrə baş məşqçi əvəzi funksiyasını yerinə yetirəcək. Böyük məşqçi Ağahüseyn Mustafayevlə yanaşı, məşqçi Həsrət Məmmədyarov da bu komandanın məşqçilər heyətində yer alacaq.
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı