Maribor-2023-ün qalibi: "Belə bir yarışda qızıl medal qazanmaq qürurvericidir"
26 iyul 2023 1105
“Olimpiya Festivalının təşkilatçılıq səviyyəsini çox bəyəndim. Belə bir yarışda birinci yerə sahib çıxaraq qızıl medal qazanmaq çox qürurvericidir.
Bu sözləri “Olimpiya dünyası” qəzetinə müsahibəsində XVII Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarının qalibi Xədicə Qədəşova bildirib
Maribor-2023-ün qızıl medalçısı rəqibləri barədə danışarkən görüşlərin heç də asan keçmədiyini qeyd edib.
“İlk görüşümü italiyalı idmançıya qarşı oldu. Daha sonra isə ardıcıl olaraq Niderlan, Avstriyadan olan rəqiblərimə qalib gəldim. Finalda ispaniyalı cüdoçu ilə qarşılaşdım. Bu görüşdə də qələbə qazanaraq çempionluq tituluna sahib çıxdım. Ümumilikdə çıxışlarıma nəzər salsam psixoloji baxımdan bir qədər çətinlik çəkdim. Fiziki baxımdan isə hər şey qaydasında idi. Çünki biz məşqlərdə fiziki hazırlıqlara daha çox üstünlük vermişdik”, - deyə Xədicə Qədəşova bildirib.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı