Londonda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən idman yarışı keçirilib
11 sentyabr 2023 1208
Londonda kikboksinq üzrə üçqat dünya çempionu Hafiz Baxşəliyev tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən “Immortal Champions” adlı yarış keçirilib.
Ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyindən bildirilib ki, muay tay, kikboksinq və MMA döyüş növlərinin yer aldığı yarışda Böyük Britaniya və dünyanın bir çox ölkələrindən iştirakçılar mübarizə aparıb.
Yarışın əsas döyüşlərinin birində Yusuf Ali Taleb Co Bellonu ikinci raundda nokaut edərək, “Immortal Champions - MMA Britaniya” titulunu qazanıb.
Yarışın əsas döyüşü isə britaniyalı Körtis Allen və ispaniyalı Kennet Alarkon arasında baş tutub. Körtis Allen dördüncü raundda rəqibini nokauta salaraq “Immortal Champions - muay tay” Avropa çempionu olub.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı
