Lebron Ceymsin xəyal etdiyi anı, onlar qadın basketbolunda reallaşdırıblar
12 noyabr 2023 1214
Azərbaycan qadın basketbolu tarixində ilk dəfə olaraq bir matçda ana və qız eyni vaxtda meydançaya çıxıblar. Avropa çempionatının (EUROBASKET 2025) seçmə mərhələsinin C qrupunda baş tutmuş Azərbaycan və Belçika milliləri arasında keçirilən oyunda (28:136) Tatyana Deniskina və qızı Ancelina İsmayılova eyni anda parket üzərində olublar. Ana və qız Litva millisinə qarşı oyunda da, meydançada birlikdə mübarizə aparmışdılar. Qeyd edək ki, Ancelina İsmayılova U-16 Azərbaycan milli komandasının tərkibində qızlar arasında basketbol üzrə Avropa çempionatı C divizionunun qalibidir.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı