Xəbərlər

LEAP 2017 layihəsinin təlimçiləri məktəblərdə seminarlar keçir

22 oktyabr 2015 434

Oktyabr ayında Milli Olimpiya Komitəsi və Azərbaycan Atletika Federasiyasının dəstəyi ilə LEAP 2017 ( Leadership and Excellence in Athletics Program – Atletika liderlik və təkmilləşdirmə programı) çərçivəsində müxtəlif məktəblərdə təlimlər keçirilmişdir.

İcra olunan LEAP 2017 programı idman vasitəsilə gənc liderlərin yetişdirilməsinə hədəflənir. Londonda keçiriləcək Yüngül Atletika üzrə Dünya Çempionatının sosial idman irsi kimi təsdiqlənən LEAP 2017, “UK Sport” və Britaniya Atletika Assosiyasiyasının birgə programıdır.

189-190 nömrəli məktəb, “Bakı Ankara məktəbi” məktəb-liseyi və Respublika Olimpiya Mərkəzində təlim keçmiş peşəkar məşqçilər tərəfindən adı çəkilən məktəblərdə şagirdlər üçün təlim keçirilmişdir. Təlimin əsas hədəfləri 8-10 sinif şagirdləri arasında bədən tərbiyəsi və atletika idman növünə olan marağın artırılmasına istiqamətlənmişdir.

Tədbir təlimçilər tərəfindən atletika idman növü haqqında seminarlar və praktiki hissə olan idman oyunlarından ibarət olmuşdur.

Qeyd edək ki, LEAP 2017 şagirdlərin davamlı idmanla məşğul olmasını təşviq etmək və onların liderlik xüsusiyyətlərinin artırılmasına hədəflənmişdir.