Klassiklərimiz Avropa çempionatını 6 medalla başa vurdular
14 fevral 2024 995
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir. Bu gün yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub. Klassiklərimiz yunan-Roma yarışlarının son günündə Azərbaycanın daha üç medal qazanıblar.
Ötən gün finala yüksələn Nihat Məmmədli (60 kq) və Həsrət Cəfərov (67 kq) həlledici mərhələdə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Finalda rəqibinə məğlub olan Ülvü Qənizadə (72 kq) isə gümüş medala sahib çıxıb.
Bu gün mübarizəyə qoşulan qadın güləşçilər Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) finala yüksəliblər. Onlar fevralın 15-də həlledici görüşlərdə müvafiq olaraq Evin Demirhan (Türkiyə) və Alina Filipoviçlə (Ukrayna) qarşılaşacaqlar.
Qeyd edək ki, ötən gün digər yunan-Roma güləşçilər Murad Məmmədov (63 kq) qızıl, Rəşad Məmmədov (55 kq) gümüş, Beka Kandelaki (130 kq) isə bürünc medal qazanıblar.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı