Kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” klubu avrokubokda mübarizəyə başlayır
24 oktyabr 2023 1167
Ölkəmizi Çelenc kubokunda təmsil edən “Xarı Bülbül Şuşa” 1/32 final mərhələsində Slovakiyanın “TJ Spartak MYJAVA” komandası ilə üz-üzə gələcək. Tərəflərin qarşılıqlı razılığına əsasən hər iki oyun Bakıda keçiriləcək. Oktyabrın 25-dəki qarşılaşmada təmsilçimiz, ertəsi gün isə rəqib meydan sahibi sayılacaq. Hər iki matç GİN-in Voleybol Mərkəzində keçiriləcək və saat 18:00-da başlayacaq.
Qeyd edək ki, hər iki qarşılaşma CBC Sport televiziya kanalı vasitəsilə yayımlanacaq.
25 oktyabrda keçiriləcək oyun CBC Sportun "Youtube" kanalı vasitəsilə yayımlanacaq. Oktyabrın 26-da baş tutacaq cavab matçı isə televiziya vasitəsilə canlı yayımlanacaq.
Komandamıza uğurlar arzu edirik.
25.10.2023
18:00 “Xarı Bülbül Şuşa” - “TJ SPARTAK MYJAVA”
26.10.2023
18:00 “TJ SPARTAK MYJAVA”- “Xarı Bülbül Şuşa”
Ünvan: GİN-in Voleybol Mərkəzi
Giriş sərbəstdir
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı