Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib. Bu gün Voleybol Mərkəzində təşkil olunan XI turun ilk matçı “Murov” və MOİK komandaları arasında baş tutub
09 mart 2023 842
Keçirdiyi bütün görüşlərdə qalib gələn “Murov” bu matçda da qələbəyə sevinib. Fərid Cəlalovun komandası rəqibini 3:0 hesabı ilə məğlub edib və aktivinə daha 3 xal yazdırıb.
Turun son matçı isə “Xarı bülbül” və “Neftçi” klubları arasında olub. Tay-brekə kimi davam edən qarşılaşmada ilk iki hissəni 25:23 və 25:23 hesabı ilə aktivinə yazan Pərviz Səmədovun komandası uğurlu çıxışını sonadək davam etdirə bilməyib. “Xarı bülbül” əzmkar oyun sayəsində növbəti 3 hissəni öz xeyrinə başa vuraraq meydandan qalib ayrılıb - 3:2 (23:25, 23:25, 25:20, 25:16, 15:12).
Beləliklə, XI turdan sonra Azərbaycan Yüksək Liqasında “Murov” 32 xalla turnir cədvəlində birincidir. 20 xala malik “Xarı bülbül” ikinci, 13 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.
XI tur
“Murov” - MOİK 3:0 (25:16, 25:14, 25:16)
“Xarı bülbül” - “Neftçi” 3:2 (23:25, 23:25, 25:20, 25:16, 15:12)
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı

