Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında əsas mərhələnin sonuncu tur oyunlarının vaxtı dəqiqləşib
12 mart 2023 1261
Dörd dövrədən və pley-off mərhələsindən ibarət olan çempionatların son turu martın 14-15-də keçiriləcək.
Martın 14-də qadın voleybolçuların Yüksək Liqasının XII turunda “Abşeron” klubu “Murov”la, “Azərreyl” isə UNEC-lə qarşılaşacaq.
Martın 15-də kişi voleybolçuların Yüksək Liqasında sonuncu tur çərçivəsində MOİK-lə “Neftçi”, “Xarı bülbül”lə isə “Murov” üz-üzə gələcək.
Qeyd edək ki, dörd dövrənin nəticələrinə görə, turnir cədvəlində birinci olan komanda dördüncü yerin sahibi ilə, ikinci olan komanda isə üçüncü yeri tutan klubla üz-üzə gələcək. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.
Yüksək Liqa (qadınlar)
16:00 “Abşeron” - “Murov” (CBC sport-canlı)
18:00 “Azərreyl” - UNEC
Yüksək Liqa (kişilər)
16:00 MOİK - “Neftçi”
18:00 “Xarı bülbül” - “Murov”
Oyunlar Voleybol Mərkəzində keçiriləcək, giriş sərbəstdir.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı