"Keçən il Bakıdan xoş xatirələrlə ayrılmışam"
18 sentyabr 2025 - 16:27 495
"Mclaren"nin avstraliyalı pilotu, yeni mövsümün lideri Oskar Piastri də Bakıdakı xatirələrini bölüşüb.
"Keçən il Bakıdan xoş xatirələrlə ayrılmışam. Mən Qədim Bakıda təşkil olunan bu sürət mübarizəsini həyatımdakı ən yaxşı anlarda biri hesab edirəm. Belə bir gərgin və maraqlı trasa qayıtmaq necə də xoşdur. Bu həftə sonu yeganə məqsədim keçən ilki nəticəni yeniləməkdir. Rəqiblərim arasında reytinq cədvəlinə başçılıq edirəm. İnanıram ki, Bakını yeni uğurlarla tərk edəcəyəm”, - deyə komandanın mətbuat xidmətinə verdiyi müsahibədə qeyd edib.
Məlumat üçün bildirək ki, Oskar Piastri geridə qalan 16 mərhələdən sonra 324 xalla birinci yerdə qərarlaşıb.
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı