Karate üzrə milli komandamız V İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün Konyaya yola düşüb
14 avqust 2022 1382
Azərbaycan Milli Karate Federasiyasından kişilər arasında kumite yarışlarında Əminağa Quliyev (-60 kq), Tural Ağalarzadə (-67 kq), Fərid Ağayev (-75 kq), Pənah Abdullayev (-84 kq), Asiman Qurbanlı (84+ kq), qadınlarda İnci Əzizova (-50 kq), Mədinə Sadiqova (-55 kq), Ayla Rzazadə (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (68+ kq) çıxış edəcəklər.
Kata üzrə fərdi yarışlarda Roman Heydərov və Zəhra Qurbanzadə, komanda çıxışlarında İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyev qüvvələrini sınayacaqlar.
Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov karate yarışlarını idarə edəcəklər. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov idmançılarla bir yerdə olacaq.
Konyada V İslam Həmrəyliyi Oyunlarının karate yarışları avqustun 17-18 tarixlərində keçiriləcək.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı