Xəbərlər

Karate millimiz Avropa üçüncüsü oldu

23 may 2021 812

Xorvatiyanın Poreç şəhərində keçirilən 56-cı Avropa çempionatının son günündə karatenin kumite növü üzrə kişilərdən ibarət millimiz daha bir medal qazanıb.

 

Rafael Ağayev, Turqut Həsənov, Ayxan Mamayev, Rafiz Həsənov, Asiman Qurbanlıdan ibarət komandamız bürünc medal uğrunda görüşdə Rusiya millisinə qalib gələrək altıncı dəfə qitə çempionatının bürünc medalına yiyələnib.

 

Bununla, Azərbaycan yarışı dörd medalla başa vurub. Millimizin bürünc medalından başqa, Rafael Ağayev (-75 kq) və Pənah Abdullayev (-84 kq) gümüş, İrina Zaretskaya (-68 kq) isə qızıl medal qazanıb. Bu nəticə ilə Azərbaycan Avropanın dördüncü ən yaxşı nəticə göstərən ölkəsi olub. Ən yüksək nəticəni isə Türkiyə göstərib: altı qızıl, iki gümüş və bir bürünc medal.