Kanada yığmasının hücumçusu olimpiadada rekorda imza atıb
19 fevral 2026 - 14:43 463
Kanada hokkey yığmasının hücumçusu Konnor Makdevid XXV Qış Olimpiya Oyunlarının 1/4 final mərhələsində Çexiyaya 4:3 hesabı ilə qalib gəldikləri matçda etdiyi iki məhsuldar ötürmə ilə uğura imza atıb.
29 yaşlı hokkeyçi Milli Hokkey Liqası (NHL) oyunçularının iştirak etdiyi olimpiadalarda (1998, 2002, 2006, 2010, 2014 və 2026-cı illər) məhsuldar ötürmə rekordunu yeniləyib.
Hazırda hesabında 9 məhsuldar ötürmə olan kanadalı hücumçu, bu göstərici üzrə 1998 və 2006-cı illərdə 8 ötürmə ilə yadda qalan finlandiyalı Saku Koyvunu, həmçinin cari olimpiadada eyni sayda məhsuldar ötürmə verən isveçli Lukas Reymondu geridə qoyub.
Makdevid hazırkı turnirdə ümumilikdə 11 xalla (2 qol + 9 ötürmə) bombardirlər yarışına başçılıq edir.
Qeyd edək ki, fevralın 20-də keçiriləcək yarımfinal mərhələsində Kanada – Finlandiya və ABŞ – Slovakiya cütlükləri qarşılaşacaqlar.
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında Müstəqilliyin Bərpası ... Ətraflı