İslamiada: Bayraqdarımız daha bir gümüş medal qazandı
12 noyabr 2025 - 15:17 629
Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli (110 kiloqram) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında 2 medal qazanıb.
Olympic.az xəbər verir ki, Azərbaycan millisinin üzvü birdən qaldırmada 180 kiloqram ağırlığın öhdəsindən gələrək bu hərəkətdə ikinci yeri tutub.
O, təkanla qaldırmada 211 kiloqram çəkini başı üzərinə qaldırıb.
D.Dadaşbəyli iki hərəkətin cəmində isə 391 kiloqram nəticə ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, bununla da ağırlıqqaldırma üzrə Azərbaycan millisinin İslamiadada qazandığı medalların sayı 11-ə çatıb. Daha əvvəl Nuray Əbilova (48 kiloqram) 3 bürünc, İsa Rüstəmov (71 kiloqram) 1 gümüş və 2 bürünc, Ravin Alməmmədov (79 kiloqram) isə 2 gümüş və 1 bürünc mükafat əldə edib.
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı


