Islam Həmrəylik İdman Federasiyasının 9-cu Baş Assambleyasının nümayəndə heyəti Bakıya gəlir
01 noyabr 2015 805
31 oktyabr-1 noyabr 2015-ci il tarixlərindən etibarən İslam Həmrəyliyi İdman Federasiyasının nümayəndə heyəti 9-cu Baş Assambleyada iştirak etmək üçün Bakıya gəlir. Artıq İndonesiya, Komoros, Seneqal, Syerra Leone, Misir krallığı, Kamerun və Türkiyədən nümayəndələr Azərbaycana gəliblər.
1-4 noyabr 2015-ci il tarixlərində Bakıda “Boulvard” hotelində İ.H.İ.F.-in 9-cu Baş Assambleyası keçiriləcəkdir. Tədbirdə Səudiyyə Ərəbistan Krallığının Milli Olimpiya Komitəsinin fəxri baş katibi şahzadə Abdulhakim Bin Mosaad Bin Abdulaziz Al Saud, İcraiyyə Komitəsinin və Əlaqələndirmə Komissiyasının üzvləri, Milli Olimpiya Komitələrinin prezidentləri, baş katibləri və digər qonaqların iştirakı nəzərdə tutulmuşdur. Azərbaycanı tədbirdə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin üzvləri, Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti və İslam Həmrəylik İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva və digər rəsmi nümayəndələr təmsil edəcəkdir.
Tədbir çərçivəsində 2 noyabr tarixində Əlaqələndirmə Komissiyasının 3 noyabr tarixində İslam Həmrəylik İdman Fedrasiyasının 24-cü İcraiyyə Komitəsinin görüşləri və 4 noyabr tarixində 9-cu Baş Assambleyanın iclası keçiriləcəkdir. Sonuncu gün qonaqlar İslam Həmrəylik Oyunlarının keçiriləcəyi idman obyektlərinə səfər edəcəkdir.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı