İlk dəfə çimərlik voleybolu üzrə qadınlar və kişilər arasında Avropa Kuboku keçiriləcək
18 sentyabr 2023 960
Avropa Voleybol Konfederasiyasının təşkilatçılığı ilə baş tutacaq yarışın əsas məqsədi yerli federasiyalarla əməkdaşlığın genişləndirilməsi, həmçinin klub səviyyəsində çimərlik voleybolu üzrə yarışların sayının artırılmasıdır.
Klublar arasında Avropa Kuboku 5-8 oktyabr tarixlərində Türkiyənin Balıkesir şəhərində keçiriləcək. Yarışın mükafat fondu 10000 avrodur.
Qeyd edək ki, bu turnirdə Azərbaycan təmsilçiləri də iştirak edəcəklər. Ölkəmiz yarışda həm qadın, həm də kişi klubu ilə təmsil olunacaq.
Komandlarımız haqqında ətraflı məlumat veriləcək.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı