Xəbərlər

İki cüdoçu bu qələbəni qardaş kimi qeyd etdilər

30 aprel 2022 223

“2017-ci ildə Avropa çempionu titulu aldığıma çox sevinirdim, lakin bu qələbə mənim üçün daha dəyərlidir, çünki bu mənim sabit inkişafımın sübutudur”. Bunu ikiqat Avropa çempionu Hidayət Heydərov Avropa Cüdo Birliyinin (EJU) son məqaləsi üçün verdiyi müsahibəsində bildirib. 

Sofiyada keçirilən Avropa çempionatının ikinci günü -73 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Hidayət Heydərov bütün rəqiblərini geridə qoyaraq final mərhələsində italiyalı rəqibi Covanni Esposito ilə üzləşdi. Rəqibinə “golden score” bölümündə 24 saniyəyə  “vaza-ari” ilə qalib gələrək, Heydərov ikiqat Avropa çempionu oldu. 

EJU-nun rəsmi saytında  Heydərov qələbəsi belə şərh etdi: “-81 kq -dan sonra -73 kq çəki ilə yarışlara qayıtdığım üçün çox şadam, bu çəki dərəcəsində özümə daha çox hakim olduğumu hiss edirəm və bu turnirdə yenidən iştirak etdiyim üçün çox xoşbəxtəm”. Müəllifin sözlərinə görə Azərbaycanlı idmançının karyerasının çox maraqlı tarixi var. O artıq yeniyetmələr, gənclər və böyüklər arasında titula sahibdir. 

Eyni zamanda, məqalədə bildirilir ki,  cüdo sahəsində olan bir çox insan Rüstəm Orucov və Hidayət Heydərov  arasında olan əzəli rəqabətdən məlumatlıdır, lakin Hidayətin qalibiyyətindən sonra iki cüdoçu bu qələbəni qardaş kimi bayram etdilər. 

Eyni çəki dərəcəsində yarışan Rüstəm Orucov təsəlliverici mərhələdə rumıniyalı Alexandru Raykunu geridə qoyaraq bürünc medal görüşünə vəsiqə qazanmışdır. Daha sonra rumıniyalı idmançı Adrian Sulkanı məğlub edərək millimizi aktivinə bürünc medal qazandırıb. Qeyd edək ki, Rüstəm Orucov artıq Avropa Çempionatında 5-ci dəfə mükafatçı olub. Onun artıq qitə çempionatından 1 qızıl, 1 gümüş və 3 bürünc medalı var. 

İdmançılarımızı müşahidə edən baş məşqçi Riçard Tarutman yarışlar zamanı həyəcanlı və eyni zamanda gərgin görsənirdi. Məşqçi Avropa Cüdo Birliyinə verdiyi müsahibədə bildirdi ki, cüdo Azərbaycanda olimpiya medalı gözlənilən 3 əsas idman növlərindən biridir. Təzyiqi hiss etsə də, bu onun üçün yaxşı çağırışdı, deyə Trautman bildirib.


Beləliklə, 40 ölkədən 363 idmançının qatıldığı turnirin ikinci günündə Azərbaycanın kişilərdən ibarət milli yığma komandası ikinci yerdə qərarlaşdı.