III Avropa Oyunları: Muay-tay döyüşçümüz Xəyal Əliyev özü üçün ən azı bürünc medalı təmin edib
25 iyun 2023 184
Azərbaycan komandası III Avropa Oyunlarında növbəti medalını təmin edib.
Muay-tay üzrə Azərbaycan millisinin üzvü Xəyal Əliyev (67 kq) dörddəbir finalda Giorgi Kleynə (Gürcüstan) qalib gəlib. Yarımfinala yüksələn idmançımız özü üçün ən azı bürünc medalı təmin edib.
İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.
Tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı