III Avropa Oyunları: Daha bir badmintonçumuz pley-offa yüksəlib
27 iyun 2023 799
Badmintonçumuz Edi Reski Dviçayo Polşada keçirilən III Avropa Oyunlarında kişilərin şəxsi yarışında səkkizdərbir finala vəsiqəni təmin edib.
Təmsilçimiz G qrupunun ikinci turunda Bolqarıstan təmsilçisi Dimitar Yanakiyevlə qarşılaşıb. Təmsilçimiz üç set davam edən görüşün yekununda 2:1 (17:21 21:16, 21:9) hesablı qələbə qazanıb. Ardıcıl ikinci qələbə son turun nəticəsindən asılı olmayaraq badmintonçumuza pley-offa vəsiqə qazandırıb.
İdmançımız qrup mərhələsində sonuncu görüşünü iyunun 28-də Ukrayna badmintonçusu Danilo Bosniuka qarşı keçirəcək.
Qeyd edək ki, badminton III Avropa Oyunlarında qitə çempionatı statusu daşıyır. Bu yarış dünya çempionatından sonra “Paris-2024” Yay Olimpiya Oyunlarına ən yüksək reytinq xalları verir.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı