İdmançımız Zaur Cəfərov tarixi uğurunu təkrarlayıb
10 mart 2024 2252
İdmançımız Zaur Cəfərov tarixi uğurunu təkrarlayıb. O, 2-ci dəfə pauerliftinq (AWPC dopinq kontrol versiyası) üzrə ən yüksək mükafat olan “Elitar Üzüklə” təltif olunub.
“Elitar Üzük” ən yüksək nəticəyə görə verilən mükafatdır.
Bu mükafatı ona martın 8-10-da Qırğızıstanın paytaxtı Bişkek şəhərində pauerliftinqin WPC/AWPC versiyası üzrə keçirilən Açıq Asiya çempionatında Qırğızıstan Pauerliftinq Federasiyasının (WPC-AWPC) prezidenti Dmitriy Dorojenko təqdim edib.
Qeyd edək ki, Zaur Cəfərov 2023-cü il iyunun 21-25-də Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmiş Pauerliftinqin (A-WPC dopinq kontrol versiyası) üzrə Açıq Avropa çempionatında 6 dəfə dünya və 6 dəfə Avropa rekordunu yeniləyib, həmçinin 300 kiloqram nəticə ilə ən yüksək dərəcə tələbini yerinə yetirib.
Göstərdiyi yüksək nəticələrə görə ilk dəfə bu mükafatı ona Avropa və Asiya Pauerliftinq Federasıyasının prezidenti (WPC-AWPC,WPO-WPSO) üzrə Ümumdünya İdman Təşkilatının rəhbəri Yuri Ustinov Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən Qran-pri turnirində təqdim edib.
Zaur Cəfərov Azərbaycan pauerliftinq tarixində “Elitar Üzüklə” təltif olunan ilk idmançıdır.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı