İdmançılar üçün psixoloji dəstək, İKT və ingilis dili təlimləri start götürüb
26 noyabr 2020 1202
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi BOK-un idmançılarla işin gücləndirilməsi, o cümlədən müxtəlif sahələrdə bilik və bacarıqlarının artırılması istiqamətində onlara əlavə imkanların yaradılması tövsiyələrini nəzərə alaraq layihələr reallaşdırır. MOK idmançılar üçün 3 istiqamətdə – psixoloji dəstək, İngilis dilində danışıq və İKT sahəsində bacarıqların təkmilləşdirilməsi üzrə kurslara start verib. Hər 3 istiqamətdə təlimlərə qatılacaq idmançılar və təlimçilərlə keçirilən görüşdə MOK Marketinq idarəsinin rəhbəri Mehman Kərimov bildirib ki, Beynəlxalq Olimpiya Komitəsinin 14 aprel 2019- cu il tarixində Lozannada baş tutan Atletlər Forumunda üzv ölkələrin Olimpiyaçıları üçün əlavə bilik və bacarıqlar verilməsinə imkan yaradan fəaliyyət növlərinin, həmçinin idman qərarlarının qəbulunda idmançıların aktiv iştirakının müəyyənləşdirilməsi gündəliyin əsas mövzusu olub.
2020-ci il ilk rübündən başlayan pandemiya qeyd olunanları həm BOK həm də MOK qarşısında daha aktual və ciddi bir məsələyə çevirdi. İlkin mərhələdə 30 nəfər idmançı üçün nəzərdə tutulan təlim kursları cari ilin sonunadək davam edəcək. Eksperimental xarakter daşıyan təlimlərin qiymətləndirilməsindən sonra növbəti il üçün forma və mövzu ilə bağlı qərar veriləcək. BOK-un maliyyə dəstəyi ilə həyata keçirilən təlimlərin 2024-cü ilə qədər davam edəcəyi planlaşdırılır.




Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı



