“İdman və ədalətli oyunlar” mövzusunda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
30 iyun 2021 1089
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının və “Olimpiya dünyası” qəzetinin birgə təşkilatçılığı ilə keçirilən “İdman və ədalətli oyunlar” mövzusunda rəsm müsabiqəsinin qaliblərinin iyunun 30-da mükafatlandırılması mərasimi təşkil olunub.
MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, MOK baş katibinin müavini Azər Əliyev, Xalq rəssamı Ağaəli İbrahimov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Məlumat verilib ki, 3-8 və 9-16 yaş qrupları üzrə keçirilən müsabiqəyə paytaxt və Naxçıvan ilə yanaşı, 42 bölgədən ümumilikdə 2114 rəsm əsəri daxil olub. Onlardan 1560-ı 9-16, 554-ü isə 3-8 yaş qrupları üzrə qəbul edilib.
Hər iki yaş qrupu üzrə qaliblərə pul mükafatları və diplomlar, 4-10-cu yerlərin sahiblərinə isə həvəsləndirici mükafatlar və diplomlar təqdim olunub.
Mövzuya uyğun çəkilmiş bütün rəsm əsərlərinin sahiblərinə MOK-un Ədalətli Oyunlar Komissiyası tərəfindən sertifikat veriləcək. Bu barədə iştirakçılar e-mail vasitəsilə məlumatlandırılacaqlar.
Qeyd edək ki, rəsmlər hər yaş qrupuna uyğun olaraq, Azərbaycan Rəssamlar İttifaqını təmsil edən peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Seçim zamanı rəsmin mövzuya uyğunluğu, əsərin sahibi tərəfindən çəkilməsi, kompozisiyanın qurulması, işlənməsi və rəng ahəngi əsas götürülüb.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı





