İdman TV-də yeni veriliş
02 sentyabr 2021 1831
İdman TV-də yeni mövsümdən etibarən “İdman səhər” verilişi yayımlanmağa başlayıb.
İdmanla bağlı əyləncəli informasiya verilişi həftəiçi hər gün saat 9:00-dan 10:00-a kimi efirdə olacaq.
Verilişdə idman sahəsindəki ən son nailiyyətlər, idmançıların həyat və qidalanma tərzi, əldə etdikləri uğurlar barədə danışılacaq, gündəmə uyğun olaraq qonaqlar dəvət olunacaq, idmançıların yarışı təşkil olunacaq.
Veriliş Günay Novruzqızı, Fərid Ramazanov, Könül Mahmudova, İqbal Aslanovun təqdimatında yayımlanacaq. Verilişin baş redaktoru isə Vüqar Vüqarlıdır.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı