İdman gimnastikası üzrə “Rektor Kuboku”nun açılış mərasimi olub
07 dekabr 2023 388
![](/news/1702030137.1701943706144783460_1200x630.jpeg)
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş idman gimnastikası üzrə “Rektor Kuboku”nun açılış mərasimi keçirilib.
Milli Gimnastika Arenasının köməkçi zalında reallaşan tədbirdə əvvəlcə Ulu Öndərin idman sahəsinə verdiyi töhfəni əks etdirən videoçarx nümayiş olunub.
Ardınca Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) təhsil alan tələbələrdən ibarət “Kəlbəcər”, “Cəbrayıl”, “Ağdam”, “Şuşa”, “Füzuli”, “Xocalı”, “Zəngilan”, “Laçın” və “Xankəndi” komandalarının gimnastları zala dəvət edilib.
Dövlət Himninin səsləndirilməsi ilə davam edən tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
ADBTİA-nın rektoru Fuad Hacıyev Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizdə bir çox yarışların uğurla təşkil olunduğunu bildirib. O, bu turnirin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmasının xüsusi məna kəsb etdiyini diqqətə çatdırıb.
Rəsmi çıxışdan sonra açılış mərasimi bədii hissə ilə davam etdirilib.
Daha sonra “Kəlbəcər”, “Cəbrayıl”, “Ağdam” komandalarının gimnastları sərbəst hərəkətlər, halqalar və müxtəlif hündürlüklü qollarda çıxış ediblər.
Qeyd edək ki, yarış Azərbaycan Gimnastika Federasiyası və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Bənzər xəbərlər
![](/news/1721976945.IMG_2758.jpeg)
Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
Bu gün Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunlarının açılış ... Ətraflı
![](/news/1721977206.IMG_2759.jpeg)
Paris-2024: Boksçularımızın ilk rəqibləri bəlli olub
Paris-2024 Yay Olimpiya Oyunlarının boks yarışlarının püşkü atılıb. Püşkə əsasən ... Ətraflı