İBA prezidenti Azərbaycana gəlir
21 dekabr 2021 1744
Beynəlxalq Boks Assosiasiyasının (İBA) prezidenti Umar Kremlyov Azərbaycana işgüzar səfərə gələcək. İBA rəhbəri dekabrın 23-də Bakıda olacaq.
O, səfəri çərçivəsində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərovla görüşəcək. Umar Kremlyov həmçinin Boks Mərkəzində milli komandanın çalışdırıcıları ilə birgə azərbaycanlı boksçulara məşq də keçəcək.
Qeyd edək ki, İBA prezidentinin Azərbaycana səfəri dekabrın 24-də başa çatacaq.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı