I MDB Oyunlarının açılış mərasimi keçirilib
04 sentyabr 2021 891
Rusiyanın Kazan şəhərində I MDB Oyunlarının açılış mərasimi keçirilib. Tədbir 9 iştirakçı ölkənin paradı ilə başlayıb.
İlk olaraq, Azərbaycan nümayəndələri səhnəyə çıxıb. Milli musiqinin sədaları altında tədbir iştirakçılarını salamlayan heyətin bayraqdarı yunan-Roma güləşi üzrə yeniyetmələr arasında dünya çempionu və artıq MDB Oyunlarında qızıl medal qazanmış yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) olub. Daha sonra qalan ölkələr səhnə alıblar. Ardınca rəsmi hissə start götürüb.
Qeyd edək ki, I MDB Oyunları sentyabrın 11-dək davam edəcək.
Bənzər xəbərlər
Avropa çempionatı: Bu gün daha üç cüdoçumuz mübarizəyə başlayır
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə böyüklər arasında ... Ətraflı
Taekvondoçularımız Prezident kubokunda mübarizə aparacaq
Aprelin 26-da Estoniyanın paytaxtı Tallinndə taekvondo üzrə Prezident kubokuna start ... Ətraflı