Hidayət Heydərov: Azarkeşlərin ümidini doğrultdum
23 sentyabr 2023 1042
Bu gün keçirilən hər bir görüşüm çətin idi. Bütün görüşlərimə final kimi baxırdım. Ən çətini isə yarımfinal qarşılaşması oldu.
Bu sözləri Bakıda keçirilən “Böyük dəbilqə” turnirin qalibi Hidayət Heydərov deyib.
Hidayət Heydərov azarkeşlərin ümidini doğrultduğu üçün sevincli olduğunu bildirib: “Onlar məni çempion kimi görürdülər. Sevindirici haldır ki, mən bunu bacardım”.
2023-cü ilin onun üçün uğursuz başladığını deyən cüdoçu bir sıra yarışlarda qalib olmadığı üçün məyus olduğunu deyib: “Lakin ruhdan düşmədim. Qarşıma məqsəd qoydum ki, Avropa çempionatının qalibi olacağam”.
O, bildirib ki, hazırda əsas məqsədi “Paris-2024” Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaqdır: “ Əlimdən gələni edəcəm ki, Olimpiya Oyunlarında iştirak edim və xalqımı sevindirim”.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı