Hemilton: "Uğursuzluqların açarı Bakıda üzə çıxacaq"
13 sentyabr 2024 666
"Mersedes"in yeddiqat Formula 1 çempionu, britaniyalı Lyuis Hemilton yay fasiləsindən sonra komandasının uğursuz çıxışı barədə açıqlama verib.
“Düşünürəm ki, hələ ki, lazımi formamızı müəyyənləşdirməkdə çətinlik çəkirik. Bunu hər birimiz anlayırıq. Ola bilər ki, treklərdə özümüzü ələ ala bilmirik. Hər şey Azərbaycan Qran-prisində məlum olacaq. Yəqin ki, uğursuzluqların açarı Bakıda üzə çıxacaq. Təhlillər davam edir", - deyə Racingnews365 Hamiltonun sözlərindən sitat gətirib.
Məlumat üçün bildirək ki, 39 yaşlı Hemilton «Mercedes»də son mövsümünü keçirir. O, növbəti il "Ferrari"nin sükanını idarə edəcək.
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı