Güləşçimiz Mariya Stadnikə qızıl medalı MOK-un baş katibi Azər Əliyev təqdim edib
10 avqust 2022 1049
V İslam Həmrəyliyi Oyunlarının qadın güləşi yarışlarında 50 kiloqram çəki dərəcəsində qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda mükafatları Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev təqdim edib.
Bu çəki dərəcəsində yarışın qalibi Azərbaycan güləşçisi Mariya Stadnik olub. Özbəkistan idmançısı Jasmina İmmaeva yarışı ikinci, Tunis güləşçisi Sarra Hamdi isə üçüncü pillədə başa vurublar.
Bənzər xəbərlər
Avarçəkənlər Türkiyədən 3 medalla qayıdırlar
Türkiyənin Muğla şəhərində təşkil olunan kanoe və kayak üzrə “Bahar ... Ətraflı
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionatında medal qazanıb
Azərbaycan cüdoçusu Zelim Tçkayev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında ... Ətraflı