Güləşçimiz Hacı Əliyev dördqat Avropa çempionu olub
18 aprel 2023 827
Sərbəst güləşçimiz Hacı Əliyev dördüncü dəfə Avropa çempionu olub.
H.Əliyev (70 kq) təsnifat mərhələsində italiyalı Canluka Talamoya tam üstünlüklə qalib gəlib - 12:1. Titullu güləşçimiz dörddəbir finalda almaniyalı Kevin Henkelə gücünü göstərib - 4:0. Millinin kapitanı yarımfinalda moldovalı Vasile Diakonu 4:1 hesabı ilə məğlub edərək beşinci dəfə Avropa çempionatının finalına yüksəlib.
Hacı Əliyev həlledici görüşdə bolqarıstanlı Ramazan Ramazanova 10:3 hesabı ilə qalib gələrək dördqat Avropa çempionu olub. Güləşçimiz, həmçinin üçqat dünya çempionudur.
Qeyd edək ki, daha əvvəl digər güləşçimiz Əliabbas Rzazadə (57 kq) Avropa çempionatında qızıl medal qazanıb.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Avarçəkənlər Türkiyədən 3 medalla qayıdırlar
Türkiyənin Muğla şəhərində təşkil olunan kanoe və kayak üzrə “Bahar ... Ətraflı