Gövhər Beydullayeva Azərbaycan çempionu oldu
14 fevral 2023 1203
Qadın şahmatçılar arasında Azərbaycan çempionatında sonuncu - XI turun görüşləri keçirilib.
Son turda Nərmin Abdinova Xanım Balacayeva ilə heç-heçə oynayıb. Gülnar Məmmədova Ayan Allahverdiyevanı, Türkan Məmmədyarova Nurtən Nuriyevanı, Xəyallə Abdulla Ləman Hacıyevanı üstələyib.
Liderlər qrupunda qərarlaşan Gövhər Beydullayeva ağ fiqurlarla Zeynəb Məmmədyarovanı məğlub etməklə birinci yeri təmin edib. Beləliklə 11 turda 7,5 xal toplayan Gövhər Beydullayeva ardıcıl ikinci dəfə Azərbaycan çempionatının qalibi olub. Aktivində 7 xal olan Xanım Balacayeva ikinci yeri tutub. Son turda istirahət edən Səbinə İbrahimova 6,5 xalla üçüncü pillədə qərarlaşıb.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı