Goranboy rayonunun Qaradağlı kəndində məktəblilər arasında yunan-roma güləşi üzrə yarış keçirilib
12 fevral 2024 1074
Goranboy rayonunun Qaradağlı kənd orta məktəbinin idman zalında yunan-roma güləşi üzrə yarış keçirilib. Yarışın keçirilməsində məqsəd yunan-roma güləşi üzrə idmançıların dostluq əlaqələrini yaratmaq, uşaq və yeniyetmələr arasında idman növlərini təbliğ edilməsidir.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Çıxış edən Milli Məclisin deputatı Anar Məmmədov ölkəmizdə aparılan idman siyasətindən danışaraq, Azərbaycanda güləş idman növünün ənənələrini qeyd edib və bu növdə kifayət qədər titullu idmançılarımızın olduğunu vurğulayıb. Uşaq və gənclərin sağlam, vətənpərvər ruhda böyüməsində idmanın rolundan danışan natiqlər bölgələrdə inşa edilən olimpiya-idman komplekslərinin əhəmiyyətini qeyd ediblər.
Bildirilib ki, bu yaxınlarda Azərbaycan Güləş Federasiyası Qaradağlı kənd orta məktəbinin zalına iki dəst güləş döşəyi hədiyyə edib.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı