Gimnastika üzrə Bakı çempionatına start verilib
05 oktyabr 2023 1158
Gimnastika üzrə 28-ci Bakı çempionatının açılış mərasimi keçirilib.
Bakı Olimpiya İdman Kompleksində təşkil olunan tədbirdə əvvəlcə iştirakçılar səhnəyə dəvət olunublar.
Dövlət Himni səsləndirildikdən sonra yarışa start verilib.
Bakı çempionatında "Ocaq Sport" Klubu (Bakı və Hövsan bölmələri), İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), Respublika Kompleks İdman Məktəbi, "Grasiya" İdman Klubu, Su İdmanı Sarayı, Zirə Mədəniyyət Mərkəzi, Zabrat və Şağan Olimpiya İdman Kompleksini təmsil edən gimnastlar iştirak edirlər.
İdmançılar balacalar (2013, 2014, 2015-ci il təvəllüdlü), yeniyetmələr (2011-2012-ci il təvəllüdlü), gənclər (2008-2010-cu il təvəllüdlü) yaş kateqoriyalarında paytaxtın ən güclüsü adı uğrunda mübarizə aparırlar.
Üç gün davam edəcək yarışda gimnastlar yaş qruplarına müvafiq olaraq fərdi çoxnövçülük və ayrı-ayrı alətlər üzrə hərəkətlər nümayiş etdirəcəklər.
Qeyd edək ki, Bakı çempionatına oktyabrın 7-də yekun vurulacaq.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı