Gənclər və idman naziri Fərid Qayıbov oktyabrın 25-26-da Türkiyənin Antalya şəhərində Avropa Şurasının idmana cavabdeh nazirlərinin 17-ci konfransında iştirak edib
26 oktyabr 2022 448
Tədbirin ilk günü Fərid Qayıbov Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişinə (EPAS) üzv dövlətlərin idman nazirlərinin toplantısında iştirak edib.
Oktyabrın 26-da bir çox Avropa ölkələri idman nazirlərinin, rəsmilərin iştirakı ilə konfransın rəsmi açılışı keçirilib. Nazir Fərid Qayıbov konfransda çıxış edərək “Gender bərabərliyi: qadınların bərabər iştirakı və iştirakçılığın təmin edilməsi”; “İdman inlüzivlik vasitəsi kimi: onun aztəminatlı qruplar üçün rolu”; “Uşaqlar üçün idman: təlim, profilaktika və inkişafı” mövzuları üzrə təkliflərlə çıxış edib.
Tədbirdə naziri Gənclər və İdman Nazirliyi beynəlxalq əlaqələr şöbəsinin müdiri, EPAS İdarə Heyətinin üzvü Namiq Novruzov müşaiyət edir. Tədbir çərçivəsində oktyabrın 27-də “Miqrant və qaçqınların idman vasitəsilə inteqrasiyası” mövzusunda dəyirmi masalar keçiriləcək. Milli Məclisin deputatı Nigar Arpadarai AŞPA-nın Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinin mövzu üzrə məruzəçisi qismində çıxış edəcək.
Bənzər xəbərlər
Avropa çempionatı: Bu gün daha üç cüdoçumuz mübarizəyə başlayır
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə böyüklər arasında ... Ətraflı
Taekvondoçularımız Prezident kubokunda mübarizə aparacaq
Aprelin 26-da Estoniyanın paytaxtı Tallinndə taekvondo üzrə Prezident kubokuna start ... Ətraflı