Gəncədə cüdo üzrə Avropa Kubokuna yekun vurulub
05 aprel 2026 - 18:55 249
Gəncədə keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku başa çatıb.
Gəncə İdman Sarayında təşkil olunan beynəlxalq turnirin son günündə daha 8 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib. Azərbaycan cüdoçuları ikinci günü 2 qızıl, 1 gümüş və 8 bürünc olmaqla ümumilikdə 11 medalla başa vurublar.
Yusif Nəzər (73 kiloqram) və Yaqub Məmmədov (81 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Sadiq Məmmədov (73 kiloqram) gümüş medalla kifayətlənib. Bürünc medallara isə Akif Məmmədli (73 kiloqram), Polad Həsənli, Amin Mehdiyev (hər ikisi 81 kiloqram), Ömər Axundov, Nurəddin Əliyev (hər ikisi 90 kiloqram), Hüseyn Hüseynov, Tamerlan Əliyev (hər ikisi +90 kiloqram) və Məsumə Məmmədli (70 kiloqram) sahib çıxıblar.
Xatırladaq ki, turnirin ilk günündə Rza Xəlilli (55 kiloqram) qızıl medal əldə edib. Fatimə Fərmanzadə (48 kiloqram), Fərid Rzazadə (50 kiloqram), İbrahim Talıbov (55 kiloqram), İlkin Qarayev (66 kiloqram) gümüş, Sunay Salamova (40 kiloqram), Fatimə Abdullayeva (44 kiloqram), Könül Eyvazlı (52 kiloqram), Zəhra Mövləmverdiyeva, Nərmin Ağamirzəzadə (hər ikisi 52 kiloqram), Fərid Xudiyev (55 kiloqram), Mehman Əsgərov (60 kiloqram) və Sənan Piriyev (66 kiloqram) bürünc medala yiyələniblər.
Beləliklə, Azərbaycan millisi Gəncə Avropa Kubokunu ümumilikdə 3 qızıl, 5 gümüş və 16 bürünc olmaqla 24 medalla komanda hesabında 2-ci pillədə tamamlayıb.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı