Xəbərlər

"Gəncə" rəqibinə şans tanımadı  

10 mart 2023 260

11 mart tarixində Gəncə Olimpiya İdman Kompleksində 21-ci turun daha bir oyunu keçirildi. "Gəncə" komandası doğma azarkeşlər önündə,  "Sərhədçi" basketbolçularını qəbul edirdi. Gərgin mübarizə şəraitində keçən oyunun sonunda 86-77 hesabı ilə sevinən tərəf "Gəncə" komandası oldu. Ən məhsuldar basketbolçular: "Gəncə BK" (Kollin Törner - 24 xal, 6 ribaund ), "Sərhədçi PİK" (Maykl Diqqins - 32 xal, 13 ribaund )

  Qeyd edək ki, 21-ci tura sabah Şəkidə, "Olimpik Şəki BK" - "Sabah BK" oyunu ilə yekun vurulacaq