Gənc güləşçilərimiz Rusiyadan 11 medalla qayıdır
23 avqust 2021 829
Azərbaycanın pəhləvanları Rusiyanın Ufa şəhərində keçirilən gənc güləşçilər arasında dünya çempionatını 1 qızıl, 4 gümüş və 6 bürünc medalla başa vurublar.
Yunan-Roma güləşçilərimiz çempionatda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Qızıl medalı ölkəmizin aktivinə Həsrət Cəfərov (67 kq) yazdırıb. O, finalda Ermənistan güləşçisinə 7:0 hesabı ilə qalib gəlib. Sərxan Məmmədov (130 kq) gümüş, Elmir Əliyev (55 kq) və Nihat Məmmədli (60) isə bürünc medallara sahib olublar. Çempionatın yekununda 101 xal toplayan yunan-Roma güləşi üzrə seçməmiz komanda hesabında Rusiya və İrandan sonra üçüncü pillədə qərarlaşıb.
Sərbəst güləşçilərimiz isə ölkəmizin aktivinə 3 gümüş və 2 bürünc medal yazdırıblar. Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq) və Əşrəf Aşırov (79 kq) gümüş, Turan Bayramov (74 kq) ilə Saqadulla Ağayev (86 kq) isə bürünc medal qazanıblar. Yığmamız yekunda 122 xal toplayaraq, komanda hesabında İran, Rusiya və ABŞ millilərindən sonra dördüncü yeri tutub. Qeyd edək ki, sərbəst güləş üzrə yığmamız medalların sayına görə son beş ilin ən yaxşı nəticəsinə imza atıb. Komanda sonuncu dəfə 2016-cı ildə Fransanın Makon şəhərində keçirilən gənclərin dünya çempionatında beş medal qazanıb.
Qadın güləşçilərimizdən isə Jalə Əliyeva (59 ) və Birgül Soltanova (62 kq) çempionatı bürünc medalla başa vurublar. Komanda hesabında 44 xal qazanan qadın güləşçilərimiz 11-ci olublar.
Bənzər xəbərlər
Avropa çempionatı: Bu gün daha üç cüdoçumuz mübarizəyə başlayır
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə böyüklər arasında ... Ətraflı
Taekvondoçularımız Prezident kubokunda mübarizə aparacaq
Aprelin 26-da Estoniyanın paytaxtı Tallinndə taekvondo üzrə Prezident kubokuna start ... Ətraflı