Gənc güləşçilər "Çempionlar" turnirinə 11 medalla start verdi
16 may 2022 1664
Türkiyənin Antalya şəhərində gənc güləşçilər arasında “Çempionlar” turniri start götürüb.
İlk 2 yarış günündən sonra təmsilçilərimiz 11 medal qazanıb.
Yunan-Roma güləşində Fərid Sadıxlı (55 kq), Ziya Babaşov (63 kq) və Qurban Qurbanov (72 kq) qızıl, Urfan Həsənli (72 kq) və Rauf Əliyev (82 kq) gümüş, Ruslan Nurullayev (72 kq) isə bürünc medal əldə edib.
Sərbəst güləşdə Əbülfəz Nəsirovla (65 kq) Fərid Cabbarov (86 kq) üçüncü yeri tutub.
Qadın güləşində isə Elnurə Məmmədova (55 kq) və Mərziyə Sadıqova (72 kq) çempion olub. Əsmər Canqurtaran (50 kq) isə ikinci yeri tutub.
Qeyd edək ki, turnirə sabah yekun vurulacaq.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı


