Gənc cüdoçularımız Avropa Kubokunda qüvvələrini sınayacaqlar
02 aprel 2025 404
Azərbaycan gənclərdən ibarət cüdo millisi Polşanın Poznan şəhərində keçiriləcək Avropa Kubokunda iştirak edəcək.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumta görə, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq turnirə 23 ölkədən 438 idmançı qatılacaq.
Yığma yarışda 7 çəki dərəcəsində 12 cüdoçu ilə təmsil olunacaq.
Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edəcək.
Nihad Məmişov, Fərid Qarayev (hər ikisi 60 kq), Məhəmməd Musayev (66 kq), Mehdi Cəfərov, Əbil Yusubov (hər ikisi 73 kq), Cəsur İbadlı, Süleyman Şükürov (hər ikisi 81 kq), Əli Qazıməmmədov, Tuncay Şamil (hər ikisi 90 kq), Davud Namazlı (100 kq), Ramazan Əhmədov və Eldar Əliyev (hər ikisi +100 kq) ümidləri doğrultmağa çalışacaqlar.
Qeyd edək ki, yarış aprelin 5-6-da baş tutacaq.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı