Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 17-ci yerə layiq görülüb
10 mart 2025 630
Polşanın Lodz şəhərində fiqurlu konkisürmə üzrə beynəlxalq turnir keçirilib.
Mariya Olçevskanın xatirəsinə həsr olunan yarışda Azərbaycan fiqurlu konkisürəni Leyli Axundova da iştirak edib.
O, turniri 17-ci pillədə başa vurub. Leyli çıxışını 105,46 xalla yekunlaşdırıb. O, həm qısa (37,50), həm sərbəst (67,96) proqramda 16-cı olub.
Qeyd edək ki, qızların yarışında 29 idmançı mübarizə aparıb.
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı