Fevralın 21-də Azərbaycan Elektron İdman Növləri Federasiyasının hesabat-seçki konfransı keçirilib
21 fevral 2023 958
Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Yığıncaqda federasiyanın prezidenti Ramil Əliyevin hesabatından sonra seçki keçirilib.
Səsvermə nəticəsində Adil Mahmudov federasiyanın yeni prezidenti seçilib. A.Mahmudov çıxış edərək göstərilən etimada görə təşəkkür edib, qurumun bundan sonrakı fəaliyyəti və görüləcək işlər barədə danışıb. Yığıncaqda həmçinin Oqtay Qasımzadə və Ramil Əliyev federasiyanın vitse-prezidenti vəzifəsinə, Ənvər Hüseynov, İmamir Mirzoyeva və Məmməd Əlizadə idarə heyətinə üzv seçiliblər.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı


