Xəbərlər

Fəridə Əzizova da bayraqdar olacaq

12 iyul 2021 886

Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycanın üçrəngli bayrağını 1 kişi və 1 qadın idmançı daşıyacaq.

 

Bayrağımızı cüdoçu Rüstəm Orucovla birlikdə taekvondoçu Fəridə Əzizova da daşıyacaq.

 

Qeyd edək ki, Tokio Olimpiadası iyulun 23-dən avqustun 8-dək keçiriləcək.